Modern.az

Cəbrayıl şəhərciyində qadın narkotiklə saxlanıldı

Cəbrayıl şəhərciyində qadın narkotiklə saxlanıldı

Aktual

5 Fevral 2025, 10:34

Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal