Modern.az

Rauf Arifoğlu: “Haqqımı Cəmil Həsənliyə halal edirəm”

Rauf Arifoğlu: “Haqqımı Cəmil Həsənliyə halal edirəm”

17 Yanvar 2014, 14:24


“Cəmil Həsənli bu açıqlama ilə AXCP funksioneri kimi çıxış edib”. Bunu Modern.az saytına “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O, Milli Şura sədri Cəmil Həsənlinin “Yeni Müsavat”ı dağıdıcılıqda ittiham etməsinə münasibət bildirərkən qeyd edib ki, bu qərəzli olmaqdan irəli gəlir. R. Arifoğlu bildirib ki, C. Həsənlinin qeyri-obyektiv mövqeyinə təəssüf edir:

“Qəzetimizin, onun kollektivinin bu müddət ərzində  C. Həsənli üçün göstərdiyi xidmət və verdiyi əməyi ona hala edirəm. AXCP funksioneri kimi  yeni obrazında ona uğurlar arzu edirəm”.

Qeyd edək ki, Milli Şura sədri C. Həsənli aznews.az saytına müsahibəsində “Yeni Müsavat” ı quruma  qarşı dağıdıcılıq fəaliyyəti aparmaqda ittiham edib.  

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB