Modern.az

Putin-Tramp görüşünə hazırlıq gedir - Peskov təsdiqlədi

Putin-Tramp görüşünə hazırlıq gedir - Peskov təsdiqlədi

Dünya

5 Fevral 2025, 14:22

Rusiya ilə ABŞ arasında təmaslar ayrı-ayrı departamentlər xətti ilə intensivləşib.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən ayrı-ayrı departamentlər arasında əlaqələr var və onlar son zamanlar fəallaşıblar. Ancaq başqa təfərrüat verə bilmərəm, başqa deyəcək bir şey yoxdur”, - Kreml sözçüsü bildirib.

O, ABŞ-ın həm Rusiya, həm də Ukrayna ilə fəal danışıqlar apardığını bəyan edən Trampın sözləri ilə bağlı sualı belə cavablandırıb.

"ABŞ lideri Ukrayna ilə bağlı danışıqların məhsuldar keçdiyini təkid edib".

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi