Modern.az

Müxalifət lideri deputat mandatından imtina etdi

Müxalifət lideri deputat mandatından imtina etdi

17 Yanvar 2014, 14:42


Ukrayna müxalifətinin liderlərindən biri, keçmiş müdafiə naziri Anatoli Qritsenko deputat mandatından imtina etmək qərarına gəlib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, siyasətçinin sözlərinə görə, o bununla bu günlərdə parlament çoxluğunun qəbul etdiyi qanuna etirazını nümayiş etdirir:

“Mən Şimali Koreyanın yox, Ukraynanın parlamentinə seçilmişəm. Ali Radada işləmək, hansı ki, öz qanunları ilə 45 milyon vətəndaşının Konstitusiya hüquqlarının bazasını pozursa, bu Ukrayna dövlətıni diktaturaya çevirmək deməkdir. Bu, mənim həyat prinsiplərimə ziddir”.

Qritsenko parlamentə “Batkivşina”nın siyahısından seçilib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB