Modern.az

“TRT Avaz” Bakıda evləri dəyişəcək - Yeni proqram

“TRT Avaz” Bakıda evləri dəyişəcək - Yeni proqram

Təhsil

17 Yanvar 2014, 14:52


TRT Avaz televiziyası tamaşaçıların qarşısında yeni bir proqramla çıxış edəcək. Modern.az saytına açıqlama verən TRT-nin Bakı bürosunun rəhbəri Emrah Timuçin Yazıcı fevral ayında ekran üzü görəcək “Rüya gibi” (“Röya kimi”) verilişi haqqında danışdı:
“Yeni proqramımızın adı “Röya gibi” (“Röya kimi”) dir. Bu proqram 50 dəqiqə çəkəcək. Verilişdə bir Azərbaycanlının evinə girəcək, evinin bir otağını başdan axıra qədər dəyişdirəcəyik. Yəni bu mətbəx, qonaq otağı, uşaq otağı da ola bilər. Bu 3 otağın hər birini fərqli dizaynda dəyişdirəcəyik. Türkiyədən bir memar da gətirmişik. İstəyən hər kəs bu proqramda iştirak edə bilər. Bunun üçün otaqlarının şəkillərini çəkməli, (mətbəx, qonaq otağı, uşaq otağı) adını, soyadını, telefon nömrəsini, ünvanını və hansı otağını dəyişdirmək istədiyini yazıb trtbakutemsilciliğ[email protected] ünvanına göndərməlidirlər. Qeydiyyat blankını TRT Bakı təmsilçiliyinin facebook səhisəfindən götürə bilərlər. Biz onların tələblərini dəyərləndirəcəyik. Doğrudan əməlli-başlı pul xərcələcəyik. Çox gözəl bir şəkildə edəcəyik. Ən böyük özəlliyimiz hər otağa ayrı dizayn etməyimizdir. Pul almadan oranın mebellərini, yumşaq mebellərini, televizorunu, divarını, parketini-hər şeyini dəyişdirəcəyik.

Emrah Timuçin Yazıcının sözlərinə görə, evdəki dəyişiklik 3 gün çəkəcək: “Evdəki təmiri 3 gündə bitirəcəyik. 3 gün boyunca ev sahibləri də bizlə bərabər çalışacaq, amma son gün biz onları yollayacağıq, deyəcəyik ki, get birinə qonaq ol. Qonaq gedəcək, qayıdanda yuxuları gerçək olacaq. Otağın dəyişilmiş halını ilk dəfə onda görəcək. Proqramın aparıcı, rejissor, operatorları Azərbaycanlılar olacaq. Rejissor Gülnarə Bağırova, memar Bürhan Mahmud olacaq. Proqram “TRT Avaz” kanalında yayımlanacaq. Fevral ayında yayıma başlamağı düşünürük. Həftədə bir dəfə efirə gedəcək verilişin təkrarı da olacaq. Proqramın içində müəyyən bilgilər verəcəyik. Proqram bitəndə o sualı soruşacağıq. Bizə telefonla cavab verən birinci adamı Türkiyəyə tətilə göndərəcəyik, digər ikinci və üçüncü adama isə hədiyyələr verəcəyik. 50 dəqiqəlik proqramın 10 dəqiqəsi hədiyyə bölümünə sərf olunacaq”.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB