Modern.az

İnformasiya Texnologiyaları Universiteti “ADA”nın nəzdində fəaliyyət göstərəcək

İnformasiya Texnologiyaları Universiteti “ADA”nın nəzdində fəaliyyət göstərəcək

17 Yanvar 2014, 14:57

İnformasiya Texnologiyaları Universiteti “ADA” Universitetinin tərkibində fəaliyyət göstərəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İspəndiyar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, prezidentin müvafiq sərəncamı ilə yeni yaradılacaq “ADA” Universitetinin tərkibində İnformasiya Texnologiyaları Universiteti ayrıca bir institut kimi fəaliyyət göstərəcək.
“Keçən ilin fevral ayında İnformasiya Texnologiyaları Universiteti yaradılıb. 4 ixtisas üzrə 60 tələbə artıq qəbul olunub. Burada tədris ingilis dilində olduğu üçün qəbul olunan tələbələr öncə ingilis dilini öyrənirlər. Bu isə Azərbaycan Diplomatik Akademiyasının nəzdində həyata keçirilir. İndi İnformasiya Texnologiyaları Universiteti və Azərbaycan Diplomatik Akademiyası birləşərək yeni “ADA” Universiteti yaradılır. Yəni universitetin tərkibində bir neçə instutut olacaqsa, onlardan biri də İnformasiya Texnologiyaları Universiteti olacaq”.

Aytən ƏLİYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB