Modern.az

Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatdı

Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatdı

Aktual

5 Fevral 2025, 17:29

Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı prosesi başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, 28 noyabr 2024-cü ildən etibarən start verilən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyatı prosesi yekunlaşıb.

İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılıb.

Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilib.

Məktəbdənkənar təhsil müəssisələrinə ümumilikdə 13 339 müraciət qeydə alınıb.

Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal