Modern.az

Prezidentin yeni nümayəndəsi KİMDİR...

Prezidentin yeni nümayəndəsi KİMDİR...

Ölkə

5 Fevral 2025, 18:35

Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.

 

Digər sərəncamla o, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

 

Modern.az onun tərcümeyi-halını təqdim edir:

 

Muxtar Bahadur oğlu Babayev 16 oktyabr 1967-ci il tarixində Bakı şəhərində anadan olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib.

 

1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.

 

1994-2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003-2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.

 

2007-2010-cu illərdə SOCAR-da Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

 

2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

 

2018-ci il aprelin 23-dən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

 

2017-ci il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, 19 sentyabr 2012-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi