Modern.az

Fransalı futbolçu "Qalatasaray"da

Fransalı futbolçu "Qalatasaray"da

İdman

5 Fevral 2025, 19:14

Türkiyənin "Qalatasaray" komandası növbəti transferini gerçəkləşdirib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Mario Leminanın keçidi barədə İngiltərənin "Vulverhempton" komandası ilə razılığa gəlib.

 

Qabonəsilli fransalı yarımmüdafiəçi "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gəlir.

 

Qeyd edək ki, Mario Lemina 2019/2020-ci illər mövsümündə də "cim-bom"un şərəfini qoruyub.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?