Modern.az

Azərbaycanda iki nazir vəzifəsi BOŞDUR

Azərbaycanda iki nazir vəzifəsi BOŞDUR

5 Fevral 2025, 21:47

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. 

O, 2018-ci il aprelin 23-dən nazir vəzifəsində çalışırdı.

Modern.az-ın məlumatına görə, bununla da Azərbaycanda boş qalan nazir vəzifələrinin sayı ikiyə çatıb.

Belə ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. O, 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edirdi.

Qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcuddur.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI