Modern.az

Daha bir ölkə ÜST-ni tərk etdi

Daha bir ölkə ÜST-ni tərk etdi

Dünya

5 Fevral 2025, 23:26

ABŞ-nin ardınca Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Argentina Prezidentinin rəsmi nümayəndəsi Manuel Adorni məlumat verib.

 

“Prezident Miley xarici işlər nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatında iştirakını dayandırmağı tapşırıb. Biz, argentinalılar, beynəlxalq təşkilatın suverenliyimizə müdaxilə etməsinə icazə verməyəcəyik”, - deyə Adorni bildirib.

 

O qeyd edib ki, ÜST Buenos Ayresi maliyyələşdirmir, ona görə də təşkilatdan çıxmaq respublikanın səhiyyə sisteminə təsir etməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi