Bir müddət öncə öz ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən çıxan İlham Məmmədovun yeri hələ boşdur. Nazirlikdən Modern.az-a verilən məlumata görə şöbə müdirinin yerinə yeni təyinat olmayıb. Şöbə müdirinin vəzifələrini isə onun müavini Nərgiz Məmmədova icra edir.