Modern.az

Xankəndililər 20 Yanvar şəhidlərini yad etdilər

Xankəndililər 20 Yanvar şəhidlərini yad etdilər

17 Yanvar 2014, 17:00

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbdə  20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Öncə 20 Yanvar faciəsində qəhrəmanlıqla şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazim Xudiyev qeyd edib ki, 20 Yanvar xalqımız üçün hüzn günü olmaqla yanaşı, həm də müstəqillik tariximizin qəhrəmanlıq səlnaməsidir. Daha sonra natiq bildirib ki, məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verilib, dünya ictimaiyyəti faciə haqqında  döğru, düzgün məlumatlandırılıb.

Digər məruzəçi, məktəbin direktor müavini Cəmilə Əhmədova şəhidlərimizin parlaq xatirəsini hər zaman əziz tutacaqlarını, onların həyat yolunun bu günkü gənclərimizə əsl örnək olduğunu söyləyib.

Həmçinin məktəbdə 20 Yanvar faciəsinin ildönümü münasibətilə şeir müsabiqəsi də keçirilib, məktəbin 9-cu sinif şagirdi Ləman Mehdiyeva müsabiqənin qalibi olub. Qanlı tariximizə həsr olunmuş rəsm müsabiqəsi isə qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonra tədbir iştirakşıları ayrı-ayrı siniflərdə 20 Yanvar hadisələrinə həsr olunmuş bülletenlərlə tanış olublar.

Mərasimin sonunda 20 yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.




İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB