Modern.az

Bakı Şəhər İcra Hakimiyyəti “Tarixin acısı-Qan yaddaşımız” filmi hazırlayıb

Bakı Şəhər İcra Hakimiyyəti “Tarixin acısı-Qan yaddaşımız” filmi hazırlayıb

17 Yanvar 2014, 17:19

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi 20 Yanvar faciəsinə həsr olunmuş “Tarixin acısı-Qan yaddaşımız” adlı tədbir keçirib.

İdarənin rəisi Gültəkin Nərimanın təklifi ilə əvvəlcə 20 yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra çıxış edən G.Nəriman 20 yanvar gecəsi Azərbaycanın dünyadan təcrid edildiyini xatırladıb.
“ Qara Yanvarın indiyədək özundə saxladığı sirrlər şoxdur. 100 cildlik istintaq materiallarının 69 cildi Bakıdan Moskvaya - keçmiş SSRİ Prokrorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Xaıqımızın məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi , 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırım aktı olduğunu dünyaya çatdırmalıyıq. Ona görə ki, dünya Azərbaycan və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin”.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov 20 yanvar faciəsinin öz azadlığına can atan xalqın həm də mübarizəliliyini, məğrurluğunu nümayiş etdirdiyini vurğulayıb.

Deputat Asim Mollazadə: “ Hadisədən 24 il keçib. Biz 20 yanvar hadisəsinə faciəsi kimi baxmamalıyıq, çünki bu olay Azərbaycanı müstəqilliyə apardı. 20 yanvar hadisəsi milli azadlıq hərəkatının ilk faktorudur”.

Millət vəkili Fazil Mustafa 20 yanvar faciəsini və 1918-ci ildəki 31 mart soyqırımını Azərbaycan tarixində iki böyük hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, 20 yanvar hadisəsi Azərbaycan xalqına müstəqilliyə gedən yolda stimul verib
“20 yanvar hadisəsinin milli matəm günü kimi qeyd olunmasını doğru hesab eləmirəm”.

Sonda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsində hazırlanan “Tarixin acısı-Qan yaddaşımız” filmi nümayış olunub. Filmin qəhrəmanı 20 yanvar faciəsində şəhid olan Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyevadır. Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.






Rafiq Qənbərov
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB