Modern.az

3 gün əvvəl itkin düşən gəncin meyiti tapıldı

3 gün əvvəl itkin düşən gəncin meyiti tapıldı

7 Fevral 2025, 12:13

Ağcabədidə 3 gün əvvəl itkin düşdüyü bildirilən gəncin meyiti kanaldan tapılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI