Modern.az

Elmar Qasımov: “Vətən şəhidlərini heç vaxt unutmayacaq”

Elmar Qasımov: “Vətən şəhidlərini heç vaxt unutmayacaq”

Təhsil

17 Yanvar 2014, 15:00

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.  

Bakı Ali Neft Məktəbindən Modern.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və ali məktəbin professor-müəllim və tələbə heyəti iştirak edib. 

Tədbiri giriş nitqi ilə açan BANM-nin rektoru E.Qasımov bildirib ki, 20 Yanvar gecəsi baş verən faciə eyni zamanda millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil olub: “Həmin gün illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni bizim bu günümüz üçün öz canlarını fəda etdilər. Vətən şəhidlərini heç vaxt unutmayacaq”. 

Millət vəkili Mübariz Qurbanlı deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. 

Tədbirdə 20 Yanvar faciəsi zamanı lentə alınmış görüntülərdən ibarət film nümayiş etdirilib.

Daha sonra tədbirdə  xalq artisti İlham Əsgərov və xalq artisti Laləzar Mustafayevanın ifasında bədii kompozisiya səsləndirilib.     Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB