Yanvarln 17-də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində növbəti səyyar qəbul-görüş keçirib. Rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin iştirak etdiyi səyyar qəbul zamanı Horadiz şəhər, Arayatılı, Babı, Əhmədalılar, Qazaxlar, Mollaməhərəmli və Mirzənağılı kəndindən olan sakinlərin müraciətləri dinlənilib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məslələrin əksəriyyəti İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd edib ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.