Modern.az

Türkiyədən Bakıya köçən jurnalist TV-də işə başladı

Türkiyədən Bakıya köçən jurnalist TV-də işə başladı

Media

7 Fevral 2025, 13:43

15 il öncə Türkiyə vətəndaşı ilə ailə quraraq Ankaraya köçmüş tanınmış jurnalist İlhamə Qasımlı bu günlərdə Vətənə qayıdıb.

Modern.az-ın məlumatına görə, İ.Qasımlı ailə üzvləri - həyat yoldaşı və oğlu ilə birgə Bakıya daimi yaşamaq üçün köçüb.

Yenidən Bakıda olmaqdan məmnuluq hissi keçirdiyini vurğulayan xanım jurnalist artıq yeni işə də başlayıb. Belə ki, o, bundan sonra APA TV-də redaktor olaraq fəaliyyət göstərəcək.

İlhamə Qasımlı daha əvvəllər “7 gün”, “Hürriyyət”, “525-ci qəzet”də çalışıb, BBC Azərbaycanca ilə əməkdaşlıq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI