Modern.az

Qondarma “Artsaxın ordu komandiri”nə 5,5 il iş kəsildi

Qondarma “Artsaxın ordu komandiri”nə 5,5 il iş kəsildi

Aktual

7 Fevral 2025, 17:39

Qondarma “Artsax ordusunun keçmiş komandiri” Cəlal Arutyunyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az-ın məlumatına görə, bu haqda Sünik Regional Ümumi Yurisdiksiya Məhkəməsi qərar qəbul edib.

Xatırladaq ki, Cəlal Arutyunyan 2020-ci il oktyabrın 12-də elan olunmuş hərbi vəziyyət dövründə - 44 günlük mahzribə zamanı ordunun komandanı - general-leytenant rütbəsi ilə xidmətə səhlənkarlıq və ehtiyatsızlıq nümayiş etdirməkdə ittiham olunub. O, əks-hücumla bağlı yanlış məlumat verərək erməni hərbçilərin kütləvi şəkildə ölməsində təqsirləndirilib. Söhbət Azərbaycan Ordusunun Tsor hərbi hissəsinin D-20 artilleriya diviziyasına hücumu nəticəsində 20 hərbçinin həlak olmasından gedir.

C. Arutunyan 2020-ci il 27 oktyabrda Qarabağda gedən döyüşlərdə politsoz uçuş aparatı tərəfindən vurulmuşdu. Onun ölüm xəbəri yayılsa da, sonradan ağır xəsarət aldığı aydınlaşmışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal