Modern.az

Azad edilən ərazilərdə “Azərişığ”ın abonentlərinin sayı AÇIQLANDI

Azad edilən ərazilərdə “Azərişığ”ın abonentlərinin sayı AÇIQLANDI

Aktual

7 Fevral 2025, 16:14

Hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində "Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur.

 

Modern.az xəbər verir ki, bunu "Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Zəngilanda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, 2024-cü ilin sonuna bu abonentlərin 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir: "İişğaldan azad edilən ərazilərdə abonentlərin sayı mütəmadi olaraq artır. "Azərişığ”ın bu istiqamətdə gördüyü işlər durmadan davam etdirilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal