Modern.az

Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirildi

Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirildi

Aktual

7 Fevral 2025, 16:20

Son səkkiz il ərzində “Azərişıq” ASC-nin "ASAN xidmət" mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin sayı 8-dən 18-ə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin "ASAN xidmət"lə İş və Elektron Xidmətlər Departamentinin direktor müavini İnam Yusifov Zəngilanda keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, vətəndaşlara təqdim olunan xidmətlərin sadələşdirilməsi və əlçatanlığının artırılması istiqamətində görülən işlər uğurlu nəticələr verib: “Əvvəllər müraciətlər 7 prosedurdan ibarət idisə, bu gün proses cəmi 2 prosedurla yekunlaşır. Bunun sayəsində şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib”.

 

İ.Yusifov əlavə edib ki, hazırda “Azərişıq” ASC 15 elektron xidmət təqdim edir və vətəndaşlar bu xidmətlərdən onlayn şəkildə faydalana bilirlər.

 

“Ötən il sahibkarlıq subyektlərinin 53,4 %-i müraciətlərini elektron qaydada həyata keçirib”, - deyə o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal