Modern.az

Elektrik enerjisi üzrə texniki itkilər 8,3 %-ə endiriləcək

Elektrik enerjisi üzrə texniki itkilər 8,3 %-ə endiriləcək

İqtisadiyyat

7 Fevral 2025, 16:52

Bu il “Azərişıq” ASC-nin elektrik enerjisi üzrə texniki itkilərinin 8,3 % təşkil edəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Zəngilanda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə 0,2 faiz bəndi az olacaq.

 

R.Quliyev əlavə edib ki, maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində “Azərişıq” ASC son 10 il ərzində mühüm uğurlar əldə edib: "Bu müddət ərzində enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-ə yüksəlib, texniki itkilər isə 13,9 %-dən 8,5 %-ə endirilib".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər