Modern.az

Baxçalı ilə danışdım, səhhəti yaxşıdır - ƏRDOĞAN

Baxçalı ilə danışdım, səhhəti yaxşıdır - ƏRDOĞAN

Dünya

8 Fevral 2025, 00:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətində problem yaranan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan özü bildirib.

O, Baxçalının vəziyyətinin çox yaxşı olduğunu deyib.

"Cənab Baxçalının sağalma dövrünü ən qısa zamanda başa vuracağına və Türkiyəyə əvvəlkindən daha əzmlə xidmət etmək üçün mübarizəsini davam etdirəcəyinə inanıram" - Ərdoğan qeyd edib.

Xatırladaq ki, MHP-nin 77 yaşlı sədri Dövlət Baxçalının ürək qapağı dəyişdirilib.

O, fevralın 4-də xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi