Modern.az

Sabah sınaq imtahanı keçiriləcək

Sabah sınaq imtahanı keçiriləcək

Təhsil

8 Fevral 2025, 10:22

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək.

Bu barədə Modern.az-a Təhsil İnstitutundan məlumat verilib. İmtahan Beynəlxalq İnformatika Olimpiadasının (IOI) və İnformatika üzrə Respublika Fənn Olimpiadalarının qaydalarına əsasən keçirilir və iştirakçılara C++ və Python dillərindən istifadə etməklə həll üçün tapşırıqlar təklif olunacaq. Tapşırıqlar iştirakçıların alqoritmik təfəkkürünü, problem həlletmə bacarıqlarını və proqramlaşdırma qabiliyyətini yoxlayır.

Sınaq imtahanı ötən tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil olunacaq.

İmtahan 9 fevral tarixində saat 10:00-da keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi