Modern.az

Cin çıx, çıx ki, çin çıx

Cin çıx, çıx ki, çin çıx

Mədəniyyət

18 Yanvar 2014, 10:12

Sahib Əsədbəyli

Bir neçə gündür ölkəni cin qalmaqalı bürüyüb...

Bu aralar başım imtahan sessiyasına qarışdığından görüşünüzə gələ bilmirdim. Amma bu cin qalmaqalı məni əməlli-başlı "cinnəndirdi". Odur ki, silahımı əlimə alıb bu cinşünaslara qarşı vuruşmaq qərarına gəldim. Nə dərəcədə cini cinləndirəcəm qoy bu məsələni oxucular öz aralarında həll etsin...

Deməli belə, bir neçə gün öncə ANS telekanalında yayımlanan "Adam(ın) içində" verilişin idarə heyəti cin peyda olduğu qərarına gəldilər. Bu cini çıxarmaq üçünsə "Həsən keçəl ya keçəl Həsən" deyib "cinşünas" dəvət etdilər. Bir neçə ay öncə digər özəl kanalda ekstra gücünü sınayan bu şəxs bu dəfə epilepsiyaya cin donu geyindirib öz fövqəlgücünü bütün xalqa nümayiş etdirdi. Cürbəcür mimik şəkildəyişmələrlə başlanan bu əməliyyat sonradan Həsənin cinlə "təkbətək söhbəti" ilə öz məntiqi yekununu tapdı ... Cin qızın canından xaric olundu. Yadıma hər iki "aktyorun" əcaib mimikaları düşdü. Lap gülməyim tutdu...Odur ki, üzr istəyirəm, mövzunun istiqamətini qismən dəyişmək qərarına gəldim...                                  

Əslində bu məsələdə nə Həsən, nə də yazıq qız günahkardı. Bu məsələdə heç televiziya da günahkar deyil. Artıq Azərbaycan televiziyalarında yayımlanan proqramların reytinqindən görünür ki televiziyaların işi heç də qaydasında deyil. Odur ki, bəziləri üçün sarkazmla dolu, bəziləri üçünsə real olan cin-şaytan variantına əl atmaqlarında elə də təəccüblü bir şey yoxdur. Hərçənd ölkənin savadlı hissəsinin qarşı cəbhəylə müqayisədə geri qalması cin variantının uğurlu strategiya olması anlamına gəlməlidir.


Artıq neçə illərdir ki, bu ölkədə ekstraşəxslər öz ekstragüclərini diqtə edirlər. Nə qədər qeyri-ciddi yanaşsaq da, hər halda bu şəxsləri ciddi qəbul edənlər heç də az deyil cəmiyyətimizdə. Konkret adlar çəkmək fikrində deyiləm. Çünki bu şəxslər məni şarlatanlıq sənətindən bixəbər olmaqda ittiham edə bilərlər. Odur ki, uşaqlıq xatirələrindən olan xüsusi kodlarla bu cinşünasların xarakterizə edəcəm. Bir ara televiziyalarda qonşu Rusiyada ekstra yarışmanın ikincisi olmaqla böyük səs küyə səbəb olan ekstra Z. gündəmdən düşmürdü. Hər gəlişi ilə böyük rezonans yaradan ekstra Z. qəribə geyimi və bir çoxları üçün sirli sayılan baxışları ilə diqqət mərkəzində idi. Şou-biznesə belə qoşulmaqda olan bu Z. daha çox Azərbaycanın Eurovision 2010-da neçənci yerdə qərarlaşacağını vurğuladıqdan sonra möcüzəvilik qazandı, tamaşaçıların nəzərində. Hərçənd teleaparıcı bu haqda yalnız müsabiqə sonrası məlumat vermişdi...

Bir əvvəlki köhnə ilin sonunda keçən ilin proqnozlarını verərkən saçının arxasında uzun tük saxlayıb buna magik don geyindirən, təxminən yaşıdım olan şəxs belə bir fikir irəli sürdü. "Qarşıdan gələn il bir xalq artisti dünyasını dəyişəcək"...
P.S. Xalq artisti fəxri adına layiq görülən şəxslərin yaşlarının nadir hallarda əllidən az olmasını nəzərə alsaq bu mülahizənin nə qədər gülünc olması diqqətdən qaçmamalıdır...

Bir neçə il əvvəl hazırda çox populyar olan N. adlı şəxs aparıcısının yüksək intellektual səviyyəsi ilə seçilən verilişdə pasienti divana uzadıb onun içindəki cinə səslənirdi. Bu aralar ölkədə maqazin proqramlarının yüksək reytinqə malik olduğunu nəzərə alsaq, bu şəxslərə qeyri-ciddi yanaşanlar indikindən də bir xeyli az idi. Özü də bu "cinşünas" daha da irəli gedib cinin efirdə görünəcəyini də vəd etmişdi. Bir neçə saat televiziya önündə əyləşən tamaşaçılar cin üzünə həsrət qaldılar. Odur ki, ələddininkinə bənzər çıraqlarını söndürüb sabahın qızğın müzakirəsində iştirak etmək ümidiylə yuxuya getdilər...Ayılmaq vaxtıdır... Amma hələ də zəngli saata ehtiyac var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi