Modern.az

Bakı metropolitenində Kommunikasiya departamentinə rəis təyin edildi

Bakı metropolitenində Kommunikasiya departamentinə rəis təyin edildi

Aktual

8 Fevral 2025, 15:51

“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, bu vəzifə Şaban Kamal oğlu İmkaniyə həvalə edilib. 

Şaban İmkani 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

O, əvvəllər müxtəlif vəzifələrdə çalışıb.

Belə ki, o, 2008-2020-ci illərdə "Azərfon" şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

Şaban İmkani həmçinin bloger və aktyor kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov da əvvəllər “Azərbaycan Dəmir Yolları” QSC-də işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal