Modern.az

"Reytinq" qəzetinin müxbiri Elşad Ümid vəfat etdi

"Reytinq" qəzetinin müxbiri Elşad Ümid vəfat etdi

18 Yanvar 2014, 10:46

Şou-biznesdən yazan jurnalist, "Reytinq" qəzetinin əməkdaşı Elşad Ümid vəfat edib. ANS PRESS-in məlumatına görə, iki həftədir xəstəxanada müalicə olunan jurnalist, səhər saat 5-də elə xəstəxanada keçinib.

Jurnalisitin qardaşı Elşad Ümidin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirir. 

Bu səhər dünyasını dəyişən jurnalist Elşad Ümidin dəfn mərasimi atasının evində - Xırdalanda olacaq. Jurnalist bu gün saat 13.00-da torpağa tapşırılacaq.

Əsasən maqazin yazıları ilə məşhurlaşan Elşad Ümid özü də yaradıcılıqla məşğul olurdu. Onun musiqi albomu və bir neçə müğənni ilə duetləri də var idi. 

Qeyd edək ki, Elşad Ümid 1978-ci ildə doğulmuşdu.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal