Modern.az

Tramp Putinlə danışdı - NƏYİ MÜZAKİRƏ ETDİLƏR? 

Tramp Putinlə danışdı - NƏYİ MÜZAKİRƏ ETDİLƏR? 

9 Fevral 2025, 08:49

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, “New York Post”a müsahibəsində danışıb.

Tramp telefon danışığı zamanı Ukraynadakı müharibəni müzakirə edib.

Onun sözlərinə görə, Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir.

Ağ Ev rəhbəri Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.

Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.

Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.

Telefon danışığının vaxtı açıqlanmayıb, Kreml məsələyə münasibət bildirməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi