“Rüstəm İbrahimbəyovun Müsavat haqqında ittihamları əsassızdır və düzgün deyil”.
Bunu Modern.az saytına Müsavat Partiyası başqanının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu deyib. O, R. İbrahimbəyovun Müsavat haqqında səsləndirdiyi ittihamlara münasibət bildirərkən qeyd edib ki, təmsil etdiyi partiya heç vaxt hakimiyyətə yaxınlaşmaq istəyində olmayıb. Onun sözlərinə görə, bundan sonrakı fəaliyyətində də Müsavat ənənəsinə sadiq qalacaq:
“Müsavatın Milli Şuradan çıxmasına gəlincə, bu partiyanın Divanının qərarı idi. Bu qərara Müsavat Partiyası üzvləri çox hörmətlə yanaşdılar və bunun düzgün addım olduğunu bildirdilər. Ancaq kim istəsə fərdi qaydada yenə Milli Şuraya qayıdıb üzv ola bilər”.
Qeyd edək ki, R. İbrahimbəyov “Azadlıq” qəzetinə göndərdiyi məqalədə Müsavat Partiyası haqqında ittihamlar səsləndirib. O yazıb ki, Müsavat Partiyası iqtidara yaxınlaşmaq üçün Millin Şuradan çıxıb.
Aqşin Kərimov