Modern.az

Silahlılar avtomobil karvanına hücum etdi - Onlarla mülki şəxs öldü

Silahlılar avtomobil karvanına hücum etdi - Onlarla mülki şəxs öldü

Dünya

9 Fevral 2025, 18:44

Malidə silahlılar avtomobil karvanına hücum edib, onlarla mülki şəxs həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Mali Ordusunun sözçüsü Souleymane Dembele "Associated Press" agentliyinə bildirib.

 

Hadisə nəticəsində azı 25 mülki şəxs ölüb, 13 nəfərin xəstəxanaya aparıldığı deyilir.

 

Qeyd edilir ki, bu, 2025-ci ildə mülki şəxslərə qarşı ən ölümcül hücum olub.

 

Hücuma görə heç bir silahlı qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi