Modern.az

“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlayın!"

“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlayın!"

9 Fevral 2025, 20:11

ABŞ administrasiyasında vəzifə tutan milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının fəaliyyətini dayandırmağa çağırıb.

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

O, “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib.

“Bəli, onları bağlayın”, – Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.

Qeyd edək ki, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenell “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun qərəzli olduğunu bildirib. 

O, bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib.

Məsələ ilə bağlı hələlik ABŞ hakimiyyətindən açıqlama verilməyib, lakin onun əvvəlki təşəbbüsləri, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq çağırışları Tramp administrasiyası tərəfindən dəstəklənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?