Modern.az

Vətəndaşların 30 min manatını mənimsəyən dələduz saxlanıldı

Vətəndaşların 30 min manatını mənimsəyən dələduz saxlanıldı

Aktual

10 Fevral 2025, 09:32

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan artıq pulunu ələ keçirib.

C.Dadaşov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal