Modern.az

Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olundu

Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olundu

Hadisə

10 Fevral 2025, 13:12

Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olunub.

Modern.az xəbər verir ki, gecə saatlarında 73 yaşlı Bəhram Fərzəliyev şəhər ərazisində yerləşən su kanalı boyunca hərəkət edərkən müvazinətini itirərək kanala düşüb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu kanaldan çıxarıblar.

B.Fərzəliyevi ilkin tibbi müdaxilə ilə həyatını xilas etmək mümkün olub. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu ailəsinə təhvil verib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı