Dağlıq Qarabağda, Xankəndidə bu gün səhər 07:03-də 2,5 bal gücündə yeraltı təkanlar baş verib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Episentrdə yeraltı təkanların gücü Rixter cədvəli üzrə 3 bala çatıb. Dağıntı və xəsarət alanalar barəsində hələ ki məlumat verilmir.
Modern.az