DIN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi qadınları fahişəliyə cəlb edən və əxlaqsızlıq yuvası saxlayan şəxsləri ifşa edib.
Modern.az DİN-ə istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Aytəkin Muxtarova Binəqədi rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri digə əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhər sakinləri Elşad İsgəndərov, Leyla Əlləzova, Yevlax rayon sakini Rəvanə Xasiyeva saxlanılıblar.
Modern.az