Modern.az

Sosial şəbəkələrdəki 68 görüntüdən 4-də pozuntu aşkarlandı

Sosial şəbəkələrdəki 68 görüntüdən 4-də pozuntu aşkarlandı

Aktual

10 Fevral 2025, 16:12

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə 68 görüntü var.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, bu görüntülərdən cəmi 4-də pozuntu halı var.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, birbaşa seçki dairələrindən gələn müraciətlərdən 5-i qalıb, dairələrdən daha 2 müraciət də gözlənilir: “Ancaq sosial şəbəkələrlə bağlı görüntülərlə bağlı deyəcəkləri qalıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal