Modern.az

Güney Azərbaycanda və İranda son həftənin ictimayi-siyasi mənzərəsi

Güney Azərbaycanda və İranda son həftənin ictimayi-siyasi mənzərəsi

18 Yanvar 2014, 14:22

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı


Modern.az
saytı MDHP Güney Azərbaycan Departamentinin hazırladığı icmalı təqdim edir

İran rəsmiləri yenə ABŞ-la təhdid diliylə danışır

“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nüvə obyektlərinə gündəlik baxış keçirməsindən narahat olmayacaq”. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Russia Today”ə müsahibəsində bildirib.Onun sözlərinə görə, ABŞ İrana qarşı sanksiyalar tətbiq etməsinin bu ölkənin nüvə məsələsinin həlli üçün heç bir müsbət nəticəsi olmayacaq: “Əgər ABŞ prezidenti Barak Obamanın mövqeyinə baxmayaraq, bəzi qanunvericilər İrana qarşı yeni sanksiyaların tətbiqinə nail olsalar, bu sanksiyaların nəticələrindən sonra baş verəcəklər dostcasına olmayacaq. Onlar bu cür siyasətlə İranın blef etdiyini bildirirlər. ABŞ-da İrana qarşı daha çox sanksiyalar tətbiq etmək istəyində olan şəxslər bu cür siyasətin izlənilməsinin necə pis nəticələrə gətirib çıxaracağını görmədilər. Mən İranın blef edib-etmədiyi haqda bir uşaq arqumenti ilə çıxış etmirəm. Onlar bizi sınaqdan keçirdikdən sonra qərar verə bilərlər”.M.C.Zərif deyib ki, əvvəlki sanksiyalar İranın 19 min sentrifuqa istehsal etməsinə gətirib çıxardı: “İrana qarşı əlavə sanksiyaların tətbiqinə razı olan şəxslərin, məsələn Bob Menendezin özündən bu sualı soruşması lazımdır – “Mən sanksiyaların nəticələrindən məmnun qala və onunla fəxr edə bilərəm?” İrana qarşı sanksiyaların heç bir təsiri yoxdur. Əgər onlar sanksiyaların çox mühüm olduğuna inanırlarsa, onda onu sınaqdan keçirmək haqda qərar verə və nəticələrini görə bilərlər. Mən yeni sanksiyaların nəticələrinin əvvəlki sanksiyaların nəticələrindən fərqlənəcəyini düşünmürəm. Gizli nüvə silahının olması İran xalqı üçün hər hansı vaxt, pul və enerjinin hədər yerə getməsi deməkdir. Bu faktdır ki, İran daha çox şəffaflıq üçün özünün nüvə obyektlərinin qapılarını hər cür yoxlamaya və səfərə açdı. Biz nüvə obyektlərimizin beynəlxalq müfəttişlər tərəfindən daha çox yoxlanılacağından heç cür narahat deyilik. Çünki gündəlik yoxlamalar həyata keçirilir”.

İran rəsmilərinin bu iddialarına Amerika rəsmiləri tərəfindən  dərhal cavab verilib.

Ağ ev: İran rəmləri bu sözləri ölkə ictimaiyyəti üçün deyib

Ağ evin sözçüsü Cey Karni yanvarın 15-də jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaninin Cenevrədəki nüvə razılaşması haqda dediklərinə reaksiya verib.

Yanvarın 14-də Xuzistan əyalətinin Əhvaz şəhərinə səfər edən Ruhani əhali qarşısında çıxış edərkən deyib ki, Cenevrədəki nüvə razılaşması fövqəldövlətlərin İran xalqı qarşısında təslim olması, dünyanın İranın nüvə texnologiyasının sülh xarakterli olduğunu qəbul etməsi və İran əleyhinə sanksiyalar səddinin sınması deməkdir.
Cey Karni bildirib: “İran prezidenti Ruhani bu sözləri ölkə ictimaiyyəti üçün deyib. Bu bizim üçün heç də təəccüblü deyil. Önəm daşıyan məsələ İran tərəfinin nə dediyi yox, onun üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir”.

Cenevrədə Qərblə İranın nüvə danışıqları ötən il noyabrın 24-nə keçən gecə razılaşma ilə başa çatıb. 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.

Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.

İran rejimi qərbə və dostlaşdıqı qonşu ölkərə güvənərək xalqa qarşı təqib və təziqləri dahada artırıb

İran rejiminin Güney Azərbaycanda siyasi və milli hərəkat fəallarına qarşı təzyiq və təqibləri davam edir. 2014-cü ilin əvvəllərindən bəri basqılar daha da artıb. Müşahidəçilər bunu daha çox İranın Qərblə razılaşmadan sonra Tehranda yaranmış müəyyən arxayınçılıqlarla əlaqələndirirlər.

İnsanlar milli- mədəni fəaliyyətinə görə İran Kəşfiyyat Nazirliyinin nəzarətinə götürülür və istintaqa cəlb olunurlar.son günlərdə daha iki tanınmış siyasi fəal, İran Demokratik Cəbhəsinin rəhbəri Heşmətullah Təbərzədi və İran İqtisadçılar Assosiasiyasının rəisi, İran Milli Cəbhəsinin rəyasət heyətinin 72 yaşlı üzvü Əli Rəşidi tutulub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları yanvarın 15-də Heşmət Təbərzədinin evinə hücum çəkərək onu tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, siyasi fəala məxsus bir sıra əşyalar götürülüb.

Heşmətullah Təbərzədi 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etiraz aksiyalarından sonra tutulmuşdu. Tehran məhkəməsi siyasi fəalı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılar keçirməyə cəhddə və dini rəhbər ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandıraraq 9 il həbsə və 74 şallaq zərbəsinə məhkum etmişdi. Müxtəlif xəstəliklərdən, o sıradan da şəkər xəstəliyindən və qan təzyiqindən əziyyət çəkən Təbərzədi 2013-cü ilin yanvar ayında müalicə almaq üçün müvəqqəti azadlığa buraxılmışdı.

İran İqtisadçılar Assosiasiyasının rəisi, fəaliyyətinə qadağa qoyulmuş İran Milli Cəbhəsinin rəyasət heyətinin üzvü Əli Rəşidi isə 2012-ci ilin noyabr ayında həmin cəbhənin ölkənin iqtisadi, siyasi və ictimai durumu haqda yaydığı təhlili bir hesabatı imzaladığı üçün tutulmuşdu. Tehran məhkəməsi Əli Rəşidini sistem rəsmilərini təhqir etməkdə, sistemə qarşı təbliğat aparmaqda və ictimai fikri çaşdırmaqda günahlandıraraq iki il həbsə məhkum edilmişdi. Əli Rəşidi həmçinin ictimai hüququndan məhrum edilərək onun peşə fəaliyyətinə 5 illik qadağa da qoyulmuşdu. Tanınmış iqtisadiyyatçıya həbs qərarı çıxarsalar da, onun həbsə salınması müvəqqəti təxirə salınmışdı.

Milli hərəkat fəallarına qarşı təqib və təzyiqlər isə daha dözülməz xarakter alıb. Azərbaycanlı milli-mədəni fəal İsrafil Sultanian 50 milyon riallıq vəsiqə girov qoymaq bahasına zaminə buraxılıb.

Qeyd edək ki, İsrafil Sultanian dekabrın 1-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu və Gülüstan şəhərinin İran Kəşfiyyat Nazirliyi idarəsinə aparılmışdı. «O, Qarabağ qaçqınlarının durumuna və erməni daşnaklarının cinayətlərinə aid bildirişlər yaydığına görə yaxalanıb». Bu barədə İsrafil Sultanianı yaxalayan məmurlar onun həmkarlarına danışıblar.

Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəal hər iki ayağından əlildir və əlillərə məxsus arabadan istifadə edir.

Tanınmış milli-mədəni fəal Abbas Lisani də ötən günlərdə Ərdəbil şəhərinin inqilab və ümumi prokurorluğuna çağırılıb.

A.Lisani son iki ay içində dəfələrlə sorğu-suala cəlb olunub. Bu çağırışın səbəbi isə İran Kəşfiyyat Nazirliyi idarəsinin azərbaycanlı fəala qarşı şikayətidir.

Qeyd edək ki, bundan öncə də tanınmış fəal Ərdəbilin İnqilab məhkəməsinə çağırılmışdır. Telefon vasitəsi ilə məhkəməyə çağırılan fəal yazılı çağırış olmadığı təqdirdə məhkəməyə getməyəcəyini bildirmişdi.

Xatırladaq ki, adını çəkdiyimiz fəal milli zəmindəki fəaliyyətlərinə görə rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və illərlə həbs edilib.

Yanvar ayının ilk günlərində Təbriz və Urmiyada 25 azarkeşin həbsi isə rejim məsullarının həyata keçirdikləri ən sərt tədbirlərdən biri kimi yadda qaldı. İranın Qərbi və Şərqi Azərbaycan vilayətlərində kütləvi həbslərin həyata keçirildi. Futbol üzrə ölkə çempionatında mübarizə aparan «Traktor» komandasının 25 azarkeşi saxlanıldı. Buna səbəb onların öz etirazlarını bildirmələri üçün «Traktor» klubunun prezidentinin telefon nömrəsini yerli sakinlərə SMS vasitəsilə göndərmələridir.

Güneyli milli-mədəni fəal Hüseyn Əlizadəyə qarşı işgəncə barədə də narahatedici xəbərlər gəlir. Fəalın ailəsi də onun sağlamlıq durumundan nigaran olduğunu bildirirlər. Bilinməyən səbəblərə görə iş yerində rejimin məmurları tərəfindən tutulan fəal vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb.

Ehtimal edilir ki, adını çəkdiyimizi fəalın həbsi, onun Azərbaycan Milli Hökumətinin ildönümü ərəfəsində fəaliyyətilə bağlı olub.

Məhbusun ailəsi insan haqları qurumlarına müraciət edərək, onun azad edilməsinə yardımçı olmağı xahiş edib.

Qeyd edək ki, son aylarda bir çox azərbaycanlı fəal, o cümlədən Hüseyn Əliməhəmmədi, Taha Kermani, Rəsul Rəzəvi tutulub və işgəncə ediliblər. Fəalların bəzilərin həyatı təhlükədədir.

İnsan haqları qrupları az qala hər gün İran müxtəlif vilayətlərində edam hökmlərinin icra olunduğunu bildirirlər. Ötən günlərdə 4 nəfər Urmiyə şəhərində, 2 nəfər isə Salmasda öldürülüb.

Edam hökmlərini icra edən rejim onlara hansı ittihamlar irəli sürüldüyünü açıqlamır.

Amma Güney Azərbaycanlı milli fəallara məxsus AZOH veb səhifəsi yazır ki, müttəhimlər qeyri-siyasi məhbuslar olsalar da, onların edamı siyasi məqsədlə və cəmiyyətdə qorxu atmosferi yaratmaq üçün həyata keçirilir.

Beynəlxalq insan haqları təşkilatlarının da hesabatlarına görə, «mötədil siyasətçi» kimi tanınan Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən edam hökmlərinin sayı kəskin artıb.

Güneyli mənbələrimiz hesab edir ki, Güney Azərbaycandakı milli hərəkat insan haqlarına ciddi diqqət yetirməlidir: «İranda bir çox qeyri-fars siyasi qruplardan fərqli olaraq əməldə hər hansı zorakı fəaliyyətdən uzaq olan Güney Azərbaycan Milli Hərəkatının insan haqları məsələsinə biganə yanaşmamalıdır».

Onun sözlərinə görə bu gün türklər və türkmənləri istisna etməklə İranda əksər qeyri-fars etnik qrupların siyasi cərəyanları içərisində silahlı təşkilatlar mövcüddür. Ancaq həmin silahlı qruplar da hər zaman insan haqlarından dəm vururlar.

Güney təşkilatlarını insan haqları fəaliyyətləri baxımından tənqid edən mənbəmiz özü və fikir yoldaşlarını da istisna etmir: «35 milyon insandan danışırıq, istədiklərimizin hamısı da insan haqları çərçivəsindədir, ancaq hüquq müdafiəçiliyi sahəsində barmaq sayında çalışanımız yoxdur».

Güneyli mənbəmiz hesab edir ki, beynəlxalq miqyasda gündəmə çıxmaq istəyən siyasi hərəkat özünün insan haqlarının müdafiəsi üzrə göstəricilərinə ciddi diqqət yetirməlidir.

Bu arada İranın statistika idarəsi mərkəzi vilayətlərdə işsizliyin hansı səviyyədi olduğunu açıqlayıb.
Hesabata görə, İranda orta hesabla işsizlik səviyyəsi 10.3%-dir. Türklərin yerləşdiyi şimal-qərb vilayətlərində isə bu rəqəm 10.55%-ə çatır. Bu hesabatda Azərbaycandan fars bölgələrinə işsizlik ucbatından gedən vətəndaşların sayı nəzərə alınmayıb.
Məlumata görə, ötən payız İranda orta hesabla işsizliyin səviyyəsi 10.3% olub. Bu rəqəm Ərdəbil vilayətində 12.6, Zəncan vilayətində 11.9, Qərbi Azərbaycan vilayətində 10.8 və Şərqi Azərbaycan vilayətində 6.9%-dir.
Fars bölgəsi sayılmayan digər vilayətlərdə də vəziyyət yaxşı deyil.
Diqqətə layiq məqam ondan ibarətdir ki, bu hesablamada Azərbaycandan işsizlik ucbatından fars vilayətlərinə köçən vətəndaşların sayı nəzərə alınmayıb. Halbuki işsizlik səviyyəsi köç olduğu vilayətdə azalmalı, köç edilən vilayətdə isə artmalıdır. Demək ki, fars vilayətlərində çoxlu sərmayənin yatırılması və Azərbaycan vilayətlərində bu sərmayənin az olması işsizlik səviyyəsində olan fərqi qapada bilmir.
Bu hesabatda daha bir amil işsizliyin səviyyəsinin aşağı göstərilməsinə təsir edir. İran qanunlarına görə 10-dan çox yaşı olan vətəndaşlar həftədə 1 saat iş gördükləri təqdirdə artıq işsiz sayılmır. Həmçinin əgər bir vətəndaşın işinin itirilməsi bir aydan az bir müddətdə təsadüf edirsə və həmin şəxs iş axtarırsa artıq işsiz sayılmır.
Şübhəsiz ki, qeyd etdiyimiz bütün bu amillər olmasaydı və işsizlikdən öz doğma torpaqlarından köç edənlər də nəzərə alınsaydı, işsizlik səviyyəsi daha yüksək olardı.

Ötən il İranda 585 nəfər edam edilib

Urmiya və Səlmas şəhərlərində dara çəkilən məhbusların nədə günahlandırıldıqları açıqlanmayıb. Onların ad və soyadları da açıqlanıb. Bunlar Əmir Hacəlilu, Muxtar Xəlili, Əlirza Yaqubi, Əhməd Şəfiqxani, Həsən Hüseyni və Cələbani soyadlı məhbusdur.

Xəbərdə bildirilir ki, Ə.Hacəlilu ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb. Ancaq M.Xəlilinin 7 il, Ə.Yaqubinin 8 il və Ə.Şəfiqxaninin 4 il həbsdə yatdığı, hətta sonuncusunun 19 yaşında tutulduğu məlumdur. Bunlar Urmiya şəhərinin mərkəzi həbsxanasında edam ediliblər. Səlmas şəhərinin həbsxanasında dara çəkilən H.Hüseyni 8 il və Cələbani soyadlı məhbus isə 7 il həbs həyatı yaşayıb.

Bundan əlavə, İranın Kohgiluyə və Boyer Əhməd vilayətində bir nəfə edam edilib. Məhbus narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək Yəsuc şəhərinin həbsxanasında dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. Sadəcə, 45 yaşlı məhbusun üç il əvvəl Dona rayonunun mərkəzi Sisəxt şəhərində həbs edildiyi bildirilir.

Eyni zamanda İranın Mazandaran vilayətində 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq Sari şəhərinin həbsxanasında dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Qeyd edək ki, 2013-cü ildə İranda 585 nəfərin edam edildiyi iran rəsmiləri tərəfindən təsdiqlənib.

Bunarla yanaşı İran rejimi Güney Azərbaycan Türklərinə qarşı terrorist kürdlərdən yararlanmaqa başlayıb.Beləki İran parlamentində təmsil olunan Kürdlər Qərbi Azərbaycan vilayətini Şimali Kürdüstan elan oklunmasını təklif ediblər.kürd millət vəkillərinin bu uydurma təkliflərinə qarşı Azərbaycanlı millət vəkillərilə yanaşı Güneyli milli hərəkat fəallarıda ciddi münasibət bildiriblər.Lakinİran  Kürdləri  şimali iraqda qurulan qondarma Kürdüstan hökümətinə və PKK terror təşkilatına güvənərək Təbrizdə sillahlı insident yaratmaq çalışıblar vəKürd terroristləri Təbriz bazarını silahla atəşə tutublar.

Kürd terroristləri Təbriz bazarını klaşinkofla atəşə tutublar. Yanvarın 9-da iki nəfər kürd səhər saat 10-da Cəvahir ticarət mərkəzinin qarşısında maşından enərək kürd ləhcəsi ilə bağırıb və dəli kimi qızıl mağazalarını atəşə tutub və daha sonra hadisə yerini tərk ediblər. Təhlükəsizlik qüvvələr isə 20 dəqiqə sonra hadisə yerinə gəliblər.
Bir neçə gün öncə də oxşar hadisə Təbrizdə Misir kafesinin yaxınlığında baş vermişdi. Orada da maşından düşən 3 nəfər 2-3 dəqiqə göyə atəş açıblar.
Şəhrçilərin fikrinə görə, kürdlərin məqsədi Qərbi Azərbaycanı parçalayıb Kürdüstana qatmaq üçün səsləndirdikləri iddia istiqamətində qorxu atmosferi yaratmaqdır.

Yuxarıda qeyd olunan təziq və təqiblərə baxmayaraq Güney Azərbaycan Milli Hərəkatı fəaliyyətini davam etdirir.Beləki, Urmiyəli gənc fəallar Azərbaycanı parçalamaq və son terror hadisəsinə qarşı Təbriz gənclərinin bəyanatını dəstəkləyiblər

Urmiyəli gənc fəallar Azərbaycanı parçalamaq və Təbrizdə terror hadisəsinə qarşı Təbriz gənclərinin bəyanatını dəstəkləyiblər. Urmiyəli gənc milli-mədəni fəallar bu məsələ ilə bağlı bəyanat yayıblar. Bəyanatın bir hissəsində deyilir: “Azərbaycanın qərbində bir-birinin ardınca baş verən hadisələrdə kürd terroristləri tərəfdarlarının mafiyası, Ərbil, İmralı, Tehran və Dəməşqin siyasətçilərinin gizli əli görünməkdədir və bu məsələ Azərbaycan türk milləti və milli fəalların ciddi narahatçılığına səbəb olub. Hələ Rza Şah dönəmində Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında məsafə yaratmaq planı başlanıb və 80 ildir davam edir. İnqilabdan sonra da bu plan icra edildi və Azərbaycanın qərbinin süni şəkildə kürdləşdirilməsi davam etdirildi. Bəyanatda Qərbi Azərbaycanın parçalanması planı və Təbrizdə kürdlər tərəfindən iki terror hadisəsinin məqsədli şəkildə baş verdiyi bildirilir. Fəallar bəyanatlarında bir daha Azərbaycanın qərbi ilə bağlı planların təhlükəsi haqqında xəbərdarlıq ediblər.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB