Modern.az

Ləğv edilən universitetin rektoru UNEC-də işləyir

Ləğv edilən universitetin rektoru UNEC-də işləyir

Aktual

10 Fevral 2025, 21:55

Ləğv edilən Naxçıvan Universitetinin rektoru Anar Kazımov fəaliyyətini yenidən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirir. 

 

Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Anar Kazımov UNEC-in "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti kimi fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, 2023-2024-cü illərdə Naxçıvan Universitetinin rektoru olub. Bundan əvvəl UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru olub.

 

Xatıradaq ki, Kazımov Anar Altay oğlunun rektoru olduğu "Naxçıvan” Universiteti MMC ötən ilin avqust ayında ləğv olunduğunu elan edib.     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal