11-15 yanvar tarixlərində Azərbaycanın ən iri banklarından olan PAŞA Bank və Böyük Britaniyanın mədəni əlaqələr və təhsil üzrə aparıcı beynəlxalq təşkilatı - British Council tərəfindən yerli kütləvi informasiya vasitələrində biznes mövzularını işıqlandıran jurnalistlərin «Biznes jurnalistika» layihəsinin 2-ci mərhələsi keçirilib. Kütləvi informasiya vasitələri işçilərinin peşəkar bilik və bacarıqlarının möhkəmləndirilməsinə hesablanış layihə Avropanın ən iri media-strukturlarından biri - bütün dünyada müxtəlif kütləvi informasiya vasitələrinin yaradılmasında və dəstəklənməsində minlərlə jurnalistə imkan yaradan və dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən "Thomson Foundation"ın təşkilati dəstəyi ilə həyata keçirilir.
2-ci təlim nə ilə yadda qalıb?
«Biznes Jurnalistika” layihəsi həm jurnalistika sahəsində peşəkarlığın, həm dünya təcrübəsinin, həm də yeni medianın sirlərinin öyrənilməsi üçün faydalı imkandır. Bu proqramı Azərbaycanda jurnalistlərin peşəkarlığının artrılması istiqamətində səmərəli töhfə hesab etmək olar. “Thomson Foundation” təşkilatının məsləhətçisi, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis Dan Masonun keçdiyi təlimlərdə jurnalistlər yeni biznes saytlarının yaradılması, onların idarə edilməsi yolları ilə bağlı bilgilər əldə edib. Təlimlər zamanı jurnalistlər bir sıra dövlət qurumları və özəl şirkət nümayəndələri ilə görüşüb. Təlim iştirakçılarının Milli Depozit Mərkəzinə və «Azercell-Telekom» şirkətinə səfəri təşkil edilib. Jurnalistlər həmin qurumların iş fəaliyyəti ilə tanış olmaqla yanaşı, onları maraqlandıran suallara cavab ala da biliblər. Həminçinin Dünya Bankının, Mərkəzi Bankın nümayəndələri PAŞA Bankın departament rəhbəri Sona Abbasova ilə görüş təşkill olunub. Təlimlərdən sonra isə jurnalistlər British Council və Azərbaycan Diplomatik Akademiyasının təşkil etdiyi 11 həftəlik ingilis dili kurslarında iştirak imkanı əldə ediblər.
Əsas məqsəd
Layihədə məqsəd jurnalistlər üçün xüsusi media-kursun keçirilməsi və sonda onların Böyük Britaniyaya səfərlərinin təşkil edilməsidir. Burada onlar məşhur qəzet, jurnal və digər kütləvi informasiya vasitələrinin redaksiyalarında olacaq, təcrübə mübadiləsi edəcək və aparıcı jurnalistlərlə görüşlər keçirəcəklər. Jurnalistlər üçün son dərəcə faydalı olan, eyni zamanda British Council və Azəbaycan Diplomatik Akademiyasının birgə ingilis dili kurslarında iştirak etmək şansı verən bu təlimin əsas dəstəkçilərindən olan PAŞA Bank həm də təhsilə xüsusi dəstəyi ilə seçilən təşkilatlardandır. Belə ki, PAŞA Bank Azərbaycanın ən böyük korporativ banklarındandır, aktiv və capital böyüklüyünə görə ilk beşlikdədir, müştəriyə fərdi yanaşması ilə özünə məxsus bankçılıq və xidmət anlayışını əsas tutur, capital bazarında ən aktiv iştirakçılardandır, investisiya bankçılığı sahəsində ciddi nailiyyətləri vardır. Bankın brendinin xaricdə və daxildə tanınmasını təmin edib, təşkilatın daxili strategiyasını dəstəkləmək üçün insan resursları sistemini optimallaşdırıb,ən əsası maliyyə vəziyyətinin davamlılığını qoruyub saxlayıb. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb. Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir. Bütün bu keyfiyyətləri ilə yanaşı, PAŞA Bankın fəaliyyəti həm də təhsilə, jurnalistlərə göstərdiyi xüsusi münasibətə görə təqdir edilməlidir. Öz növbəsində həm tələbə-jurnalistlər, həm də müxtəlif media orqanlarında işləyən media mənsubları üçün vaxtaşırı maraqlı layihələrlə çıxış edən, onların bilik və bacarıqlarının, dil imkanlarının inkişafı istiqamətində səmərəli addımlar atan, London səfərlərini təşkil edən British Council un fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Bəs iştirakçı jurnalistlər nə düşünür?
Pərvanə İbrahimova
Əvvəla, bu layihənin reallaşmasında xüsusi xidmətləri olan, seçim mərhələsindən tutmuş təlimin sonuna kimi bizimlə olan, öz diqqət və qayğısını əsirgəməyən hər kəsə təşəkkürümü bildirirəm. Biz bu təlimlə təkcə bilik və müəyyən bacarıqlar əldə etmədik, həm də gözəl doslar qazandıq, dəyərli insanlarla tanış olduq. 12 nəfər iştirakçının hər biri yüksək intellektə malik, zəhmətkeş, səmimi idilər. Biz rəqib yox, əsl komanda olduq. Təlim boyunca bir-birimizə dəstək verdik. Ən əsası isə bu səmimi şəraitdə çox şeylər öyrəndik. PAŞA Bank, British Council-un nümayəndələri və təlimçi Dan Masonun xüsusi, isti münasibətlərindən dolayı bu sahədə olan boşluğu aradan qaldırmağa çalışdıq.
Könül Niftəliyeva
Təlimi olduqca səmərəli hesab edirəm. Peşəkar jurnalist və təlimçi Dan Mason böyük həvəslə, yorulmadan iki təlim müddətində çox faydalı dərslər keçdi. Düşünürəm ki, təlimdə qazandığımız bilik və bacarıqları iş prosesinə tətbiq etməklə bu sahədə oldan boşluğun aradan qaldırılmasına öz yardımımızı verəcəyik.
Elnarə Məmmədova
Biznes jurnalistika təlimi mənim professional jurnalist dəyərlərimi kökündən dəyişdi. 7 illik jurnalistika fəaliyyətimə CNN, BBC kimi nəhəng televiziyaların, Amerikada uzun müddət jurnalist işləyən mütəxəssislərin xeyir duası ilə başlamışam. Onlardan sonra biznes jurnalistikada alacağım təlimlərin nə dərəcədə fərqli və üstün olacağı mənim üçün böyük sual idi. Amma təlimin ilk günlərindən sual altına düşən professional jurlanist anlayışı oldu. “Mən peşəkar jurnalistəmmi?” sualıma cavab tapdım. Anladım ki, sıfırdan öyrənməli sirrlər çoxdur."
Xalid Vahidoğlu
Jurnalistika uşaqlıq illərindən ən çox sevdiymm sənət olub. Hələ ali məktəbdə təhsil aldığım illərdən mətbuatda yazılarla çıxış etmişəm. 12 ildir ayrı-ayrı mətbuat orqanlarında çalışıram. Bu illərdə həm ölkə, həm də Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatların keçirdiyi jurnalist müsabiqələrinin qalibi olmuşam. Bununla yanışı, daim inkişaf etməyə, bilik və bacarıqlarımın artırlmasına səy göstərmişəm. Daim yeniləşən dünya ilə ayaqlaşmaq üçün bilik və təcrübənin artırılması olduqca zəruridir. Jurnalistika da elə bir sahədir ki, daim öz bilik və təcrübələrini artırmasan, cəmiyyətin inkişafı ilə ayaqlaşmasan istər-istəməz özünəinam azalacaq. Bu mənada British Council və PAŞA Bankın Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə reallaşdırdığı «Biznes Jurnalistika” layihəsini həm jurnalistika sahəsində peşəkarlığın, həm dünya təcrübəsinin, həm də yeni medianın sirlərinin öyrənilməsi üçün gözəl imkan kimi dəyərləndirirəm. Bu proqram Azərbaycanda jurnalistikanın inkişafına gözəl töhfədir. Ötən ilin noyabrında və bu ilin yanvarında keçirilən təlimlərdə ishtirak etdikdə seçimimdə yanılmadığıma əmin oldum. Bacarıqlı təlimçi Dan Masonun apardığı iki təlim zamanı xeyli yeni biliklər əldə edə bildim. Azərbaycan Diplomatik Akademiyasında “British Council”un təşkilatçılığı ilə keçirilən ingilis dili kursları dil biliklərimi təkmilləşdirməkdə mənə xeyli kömək olub.
Gülçin Qədirova
“Biznes jurnalistika” layihəsinin 2-ci mərhələsi gözlədiyimizdən də maraqlı keçdi. Xüsusilə müxtəlif qurumların nümayəndələri ilə görüşlərin təşkili olduqca məhsuldar oldu. Dan Masonun multimedia sahəsindəki təlimləri isə jurnalistlərin peşə bacarıqlarını artırdı.
Ramil Zahidoğlu
British Council, PAŞA Bank və Böyük Britaniyanın Tomson Fondunun təşkilati dəstəyi ilə keçirilən bu təlim proqramı bir çox cəhətlərinə görə digərlərindən fəqlənir. Layihə çərçivəsində milli televiziya, çap və elektron mətbuatın nümayəndələrinin təlimdə iştirakına tam şərait yardıldı. Digər tərəfdən, təlim üçün iştirakçılar düzgün seçilmişdi. Belə ki, biznes jurnalistikası sahəsindəki yenilikləri öyrənməyə böyük maraq göstərən jurnalistlərin bu təlimdə iştirakına nail olundu. Həmçinin təlimçinin peşəkarlığı jurnalistlərin təlimə olan marağını daha da artırdı. Məhz jurnalistlərin şənbə və bazar günləri istirahət etmək əvəzinə təlimə qatılması onun uğurlu nəticəsindən xəbər verir.
Layihə iştirakçıları:
Pərvanə İbrahimova
Könül Niftəliyeva