Modern.az

Şirvanda evdən oğurluq edən şəxs həbs olundu

Şirvanda evdən oğurluq edən şəxs həbs olundu

Aktual

11 Fevral 2025, 10:54

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində şəhər ərazisində yerləşən fərdi evlərin birindən təmir-tikinti avadanlıqları oğurlamaqda, eləcə də xuliqanlıq etməkdə şübhəli bilinən Səfər Fərəcov saxlanılıb.

Modern.az-ın məlumatına görə, bundan əlavə, S.Fərəcovun yaşadığı evə baxış zamanı psixotrop maddə olan metamfetamin və 3 ədəd elektron tərəzi də aşkarlanıraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb,  S.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal