Modern.az

“Rüstəm İbrahimbəyova Bakıda həbs təhlükəsi yoxdur” - AÇIQLAMA

“Rüstəm İbrahimbəyova Bakıda həbs təhlükəsi yoxdur” - AÇIQLAMA

18 Yanvar 2014, 15:39

“Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyinə formal qadağalar qoyulmasa da, müəyyən məhdudiyyətlər var”.

Bunu Modern.az saytına tanınmış kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev deyib. O bildirib ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələrsə, onun hərəkətinə müəyyən məhdudiyyətlər yaradıla bilər:

“Konkret Rüstəm İbrahimbəyov barəsində cinayət işi yoxdur. Ortada, sadəcə Azərbaycan Kinomotoqrafçılar İttifaqı və “İbrus” kino şirkəti ilə bağlı cinayət işləri var. Həmin işlərdə Rüstəm İbrahimbəyovun adı hallandırılmır. Rüstəm İbrahimbəyovun Azərbaycama gəlməyinə formal qadağalar qoyulmasa da, müəyyən məhdudiyyətlər var. Amma doğrusu, inanmıram ki, Rüstəm İbrahimbəyovu tutmağa cəsarət etsinlər. Amma qanuni şəkildə olmasa da, onun sərbəst hərəkət etməsinə manecilik törədə və məhdudiyyət yarada bilərlər”.

Rüstəm İbrahimbəyovu mülk məsələlərində və Avropa İnsan Haqları Məhkəməsində təmsil edən Fuad Ağayev onu da bildirib ki, müvəkkilinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova qarşı məhkəmə işi Avropa Məhkəməsindədir:

“Müvəkkilimin Azərbaycan Kinomotoqrafçılar İttifaqı və “İrbus” kino şirkəti ilə bağlı cinayət işində heç bir iddiası yoxdur. Əli Həsənov Rüstəm İbrahimbəyovu Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikintisində ittiham edirdi. Əli Həsənov tamamilə həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdi. Biz də məhkəməyə müraciət etdik. Təbii ki, məhkəmə Əli Həsənovun xeyrinə qərar çıxardı. Sizcə, Azərbaycan məhkəmələri Əli Həsənova qarşı qərar çıxara bilərdilər? Hesab edirəm ki, Azərbaycan hakimləri bu məhkəməni uduzub, Rüstəm İbrahimbəyov bu məhkəməni udub. Hazırda işi Avropa Məhkəməsindədir”.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB