Modern.az

Daha 18 nəqliyyat vasitəsi özəlləşdirildi

Daha 18 nəqliyyat vasitəsi özəlləşdirildi

Aktual

11 Fevral 2025, 14:34

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 2 lot üzrə 18 nəqliyyat vasitəsi satılıb.

Modern.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda lot üzrə 17 nəqliyyat vasitəsi 186 500 manata, digər nəqliyyat vasitəsi 7 100 manata satılıb.

Avtomobillərin siyahısı ilə //clck.ru/3GJuci linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 14, 18, 25 və 27 fevralda keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılacaq.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal