Ermənistanın elm və təhsil naziri Armen Aşotyan “maraqlı” təklif irəli sürüb. Nazir təklif edib ki, Ermənistanın adı dəyişdirilib Şərqi Ermənistan qoyulsun. Onun fikirlərinə görə, tarixi gerçəklik və ədalət naminə Ermənistan bu addımı atmalıdır. Tarixi Ermənistanı Şərqə və Qərbə bölən Armen Aşotyan öz “məntiqinə” uyğun olaraq izah edir ki, Şərqi Ermənistan əvvəl farsların, 19-cu əsrin əvvəllərində isə Rusiya imperiyasının tərkibində olub. Sonradan onun bir hissəsində Ermənistan SSR, daha sonra isə müasir hazırki Ermənistan dövləti yaranıb. Qərbi Ermənistan isə hal-hazırda Türkiyənin tərkibindədir. Hansı ki, həmin ərazilərdə 1915-1923-cü illərdə erməni genosidi törədilib.
Bu da Təhsil naziri... Əhsən cənab Aşotyana! Elə təklif irəli sürür ki, adam söz tapmır deməyə. Amma ortaya bir sual da çıxır. Görəsən Ermənistanın baş müəlliminin bildiyi bu qədərdi, yoxsa bu da özgəsinin torpağına göz dikməyin yeni üsuludur?
İlham Cəmiloğlu