Modern.az

Beyləqanda 5 nəfər saxlanıldı - Narkotik əməliyyatı

Beyləqanda 5 nəfər saxlanıldı - Narkotik əməliyyatı

12 Fevral 2025, 10:18

Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanıb. Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama