Modern.az

Diaqnostik qiymətləndirmənin vaxtı AÇIQLANDI

Diaqnostik qiymətləndirmənin vaxtı AÇIQLANDI

Təhsil

12 Fevral 2025, 11:30

“Məktəbdənkənar təhsil müəssisələrinə direktor və pedaqoji heyətin işə qəbul qaydaları hazırlanıb və müvafiq təhsil qurumlarına təqdim edilib”. 

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda təşkil edilən respublika konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ilkin mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirmək üçün diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Yaxın müddətdə - yay aylarında bu qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi