Modern.az

Yanvarda əlillik alan şəxslərin sayı AÇIQLANDI

Yanvarda əlillik alan şəxslərin sayı AÇIQLANDI

Ölkə

12 Fevral 2025, 11:34

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 1,7 mininə ilkin, 2,2 mininə isə təkrar əlillik təyinatı aparılıb.

"Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub",- deyə məlumatda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI