Modern.az

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

“Azərişıq” qanvermə aksiyası keçirib - FOTO

12 Fevral 2025, 14:54

“Azərişıq” ASC yaranmasının 10-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirib.

Modern.az xəbər verir ki, “Azərişıq” ASC 10 fevral - qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirir. Növbəti belə tədbirlərdən biri qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib. Qanvermə aksiyasına könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra iştiraklarına icazə verilib.

Aksiya Bakı ilə yanaşı regionlarda da davam edir. “Azərişıq” ASC belə qanvermə aksiyalarının keçirilməsində mütəmadi iştirak edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama