Modern.az

Deputat Mahir Süleymanlı vətəndaşlarla görüşdü - FOTO

Deputat Mahir Süleymanlı vətəndaşlarla görüşdü - FOTO

Aktual

12 Fevral 2025, 17:00

Fevralın 12-də Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, sakinlər onları narahat edən sosial problemləri, məşğulluq məsələlərini, yolların təmiri, su və qaz təchizatı ilə bağlı mövcud çətinlikləri deputatın diqqətinə çatdırıblar.

Deputat hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq addımlar atılıb. Yerində həlli mümkün olan problemlər dərhal aradan qaldırılıb, aidiyyəti qurumların səlahiyyətinə aid olan müraciətlər isə yönləndirilməsi üçün qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...