Yanvarın 20-də Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Mirmahmud Mirəlioğlu, Fuad Qəhrəmanlı, Sülhəddin Əkbər, Qələndər Muxtarlının öndə getdiyi Milli Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Modern.az saytının Şəhidlər Xiyabanında olan əmədaşının verdiyi məlumata görə, Milli Şura nümayəndələrinə burada əklil qoymağa icazə verilməyib.
Belə ki, polislər müxalifət nümayəndələrinin istəyinə qarşı çıxıblar və tərəflər arasında qarşıdurma yaranıb. Polislər müxalifətçilərə bildiriblər ki, “heç kimə əklil qoymağa icazə verilmir”.
Milli Şura üzvləri isə bununla razılaşmayaraq, gətirdikləri əklili şəhidlərin məzarları üstünə qoymaq istəyiblər. Bu zaman onlar arasında qarşıdurma yaranıb. Xəsarət alan isə yoxdur.