Ermənilər göz yaşlarını kütləvi informasiya vasitələrinə axıdaraq yenə aləmə car çəkiblər ki, Azərbaycanın Silahlı Qüvvələrinin diversiya qrupları təmas xəttində atəşkəsi pozaraq əməliyyat keçiriblər və bunun nəticəsində itkilər də olub.
”Armenia Today” agentliyinin yazdığına görə, guya, ermənilərin “qəhrəmanlığı” nəticəsində Azərbaycan tərəfi kifayət qədər itkilər verərək geri çəkilib. Agentlik daha sonra yazır ki, əməliyyat nəticəsində kiçik serjant Armen Ovanesyan şücaət göstərərək həlak olub.
Bu da yarımadığımız qonşularımızın növbəti həyasızlığı. Azərbaycan Müdafiə Nazirliyi artıq məsələyə münasibət bildirib. Amma deyəsən heç bir həqiqətə uyğun olmayan bu xəbərdə redaktəyə ehtiyacı olan bir həqiqət də var. O da Armenin olümü məsələsidir. Buna inanmaq olar. Çünki səfalət içində olan, halallığı olmayan torpaqda yaşayan, qondarma bir respublikanın nizam-intizamsız qondarma silahlı qüvvələrində qulluq edən döyüşçünün aqibəti başqa cür ola bilməz.
İlham Cəmiloğlu